İranın Türkiyə ilə sərhədində baş vermiş zəlzələ nəticəsində Türkiyənin Van əyalətində ölənlərin sayı artıb.
Bu barədə Trendn Türkiyə KİV-lərinə istinadən xəbər verir.Qeyd edək ki, bu gün səhər İranın Türkiyə ilə sərhədi yaxınlığında Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində yerli vaxtla saat 09:22-də 5,7 bal gücündə zəlzələ baş verib.
Türkiyənin səhiyyə naziri Fahrettin Kocanın verdiyi məlumata görə, zəlzələdən sonra 21 nəfər xəstəxanaya yerləşdirilib, onlardan səkkizinin vəziyyəti kritik olaraq qiymətləndirilir.