Neftçalanın icra başçısı əli qandallı aparıldı

Neftçalanın icra başçısı əli qandallı aparıldı backend

Neftçalanın icra başçısı əli qandallı aparıldı

Bu gün DTX Neftçala icra hakimiyyətinin binasında əməliyyat keçirib.


Qaziler.az DTX-yə istinadla xəbər verir ki, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Anews.az-a etibarlı mənbədən daxil olan məlumatda bildirilir ki, İcra Başçısı artıq əli qandallı aparılıb.

Bundan əlavə Neftçala rayon Səhiyyəsinin baş həkimi, Təhsil İdarəsinin rəisi, Su idarəsinin rəisi dindirilmək üçün çağrılıblar. Həttta İcra hakimiyyəti daxilində bir nəfərin halının pis olduğuna dair məlumatlar var.

Diaspora