Bakıda yol polisinə silahlı hücum olub

Bakıda yol polisinə silahlı hücum olub backend

Bıçaqla yol polisi əməkdaşına xəsarət yetirmək istəyən sürücünün zərərsizləşdirilməsi barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsi məlumat yayıb.

"Report"a daxil olan məlumatda deyilir:

"31.01.2020-ci ildə saat 10:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun paytaxtın Qaradağ rayonu ərazisindən keçən 68-ci kilometrində qabaq şüşəsinə sayrışan işıqlar quraşdırıldığına görə YPX inspektorları tərəfindən saxlanılan “Reanault Tondar” markalı, 99-UD-071 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü, 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Seyidzadə Mirsamir Mirhəşim oğlu əməkdaşların qanuni tələblərinə qəsdən tabe olmayaraq əlindəki bıçaqla polis əməkdaşına xəsarət yetirməyə cəhd edib, lakin YPX inspektoru polis baş serjantı Anar İbrahimovun cəld hərəkəti və çevikliyi nəticəsində zərərsizləşdirilərək istifadə etmək istədiyi soyuq silahla birlikdə istintaq orqanlarına təhvil verilib".

Diaspora