Çində koronavirusun qeydə alındığı Uhan şəhərində 34 Türkiyə vətəndaşı, 7 azərbaycanlı, 7 gürcü və 1 albaniyalı tibbi müayinədən sonra təyyarəyə mindiriləcək.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca deyib.Nazir qeyd edib ki, indiyə kimi Türkiyədə koronavirusa yoluxma halı qeydə alınmayıb.