Bakıda marketdə redaktorun “Əməkdar jurnalist” vəsiqəsi oğurlanıb - FOTO

Bakıda marketdə redaktorun “Əməkdar jurnalist” vəsiqəsi oğurlanıb - FOTO backend

Bakıda marketdə tanınmış jurnalist, "Xalq qəzeti"nin redaktoru Tahir Aydınoğlunun əl çantası oğurlanıb.

T.Aydınoğlu “Report”a açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, hadisə yanvarın 28-də, saat 18:45 radələrində, Nəsimi rayonu, "Bülbül" prospekti 18 ünvanında yerləşən "Bravo" marketində qeydə alınıb:

“Həmin vaxt marketə daxil olub, əl çantamı saxlanc qutusuna qoydum. Marketdən alış-veriş edəndən sonra çantamın oğurlandığını gördüm. Bu barədə mühafizəçiyə və polisə müraciət elədim. Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları gəldi. Kameraya baxış zamanı çantanı gənc oğlanın oğurladığını gördük”.

T.Aydınoğlu qeyd edib ki, əl çantasının içərisində ona məxsus 3 mobil telefon, plastik bank kartları, açarlar və “Əməkdar jurnalist” vəsiqəsi olub: “Mənə də əsas təsir edən “Əməkdar jurnalist” vəsiqəmin oğurlanmasıdır. Bank kartlarının hesablarını artıq dondurmuşam. İnanıram ki, polis əməkdaşları oğurluq edən şəxsi tapacaq”.

Fakt üzrə araşdırma aparılır.

Diaspora