Gəncədə körpələr evində uşaqları bir-birinə bağlayan 2 tibb işçisi cəzalandırılıb - RƏSMİ

Gəncədə körpələr evində uşaqları bir-birinə bağlayan 2 tibb işçisi cəzalandırılıb - RƏSMİ backend

Son günlər sosial şəbəkələrdə Gəncə Şəhər 2 saylı Körpələr evində körpələrin bir-birinə bağlanması ilə bağlı məlumatlar yayılıb.

Gəncə Şəhər 2 saylı Körpələr evindən APA-ya verilən məlumata görə, sosial şəbəkələrdə yayımlanan video və şəkillərlə bağlı xüsusi komissiya yaradılıb, araşdırmalar aparılıb.

“Körpələrin bir-birinə bağlanması öz təsdiqini tapmasa da, uşaqların bezlərinin düşməməsi üçün bellərinə uzun corablar bağlanması aşkar olunub və bunu edən 2 orta tibb işçisi ciddi cəzalandırılıb”, - deyə məlumatda qeyd olunub.

Müəssisədən uşaq evinin təmirsiz və səliqəsiz olmasına da münasibət bildirilib. Qeyd olunub ki, körpələr evində bu məsələ ilə bağlı ciddi problem yoxdur: “Müəssisədə xırda təmir bərpa işləri aparılıb, körpələr evi isti su, kombi sistemi və digər müasir istilik sistemi ilə təmin olunub. Müəssisədə paltaryuyan maşınlar, tozsoranlar var və təmizlik məsələsinə tamamilə riayət edilir”.

Körpələr evində valideynləri tərəfindən atılan üç yaşa qədər olan uşaqlar saxlanılır.
Diaspora