BŞBPİ Bakıdan məktəbdən uşaq oğurluğu ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

BŞBPİ Bakıdan məktəbdən uşaq oğurluğu ilə bağlı yayılan xəbərlərə münasibət bildirib backend

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə uşaq oğurluğu ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

BŞBPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar BŞBPİ tərəfindən nəzarətə götürülüb:

“Valideynlər tərəfindən polis orqanlarına hər hansı şikayət xarakterli müraciət daxil olmayıb. Tərəfimizdən müvafiq araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq, əlavə məlumat veriləcək”.

Qeyd edək ki, "whatsapp" sosial şəbəkəsində Bakıda uşaq oğuruğu ilə məşğul olması iddia edilən qadının fotosu paylaşılıb. İddia olunur ki, paytaxtın İlqar Əliyev adına 96 saylı tam orta məktəbin həyətində təxminən 45-50 yaşlı qadın uşaqlara yaxınlaşaraq, onları aldadaraq oğurlamaq istəyib. Bildirilir ki, ərazidə olan valideynlər qadına mane olublar.
Diaspora