Fövqəladə Hallar Nazirliyi Bakıda hündürmərtəbəli binada baş verən ynağınla bağlı məlumat yayıb.
REAL-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində, şaxtada 3 m² sahədə dolab yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.Şaxtadan keçən kommunikasiya xətləri yanğından mühafizə olunub.
***
10:10
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva “Report”a açıqlamasında məlumatı təsdiqləyib.
O qeyd edib ki, hadisə səhər saatlarında, paytaxtın Xətai rayonu Natiq Əliyev küçəsi - 42 ünvanında qeydə alınıb.
Belə ki, 17 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində kommunikasiya xətləri olan şitdə yanğın olub. Hadisə yerinə gələn FHN-in Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları yanğını söndürüb, bir neçə şəxs təxliyyə edilib.
Faktla bağlı araşıdrma aparılır.