Bakıda maşından polislərə atəş açıldı

Bakıda maşından polislərə atəş açıldı backend

Bakının Xətai rayonunda bir kişi onu dayandırmağa çalışan polis işçilərinə silahlı müqavimət göstərib.

Qaziler.az xəbər verir ki, bu barədə "oxu.az”a rayon polis şöbəsindəki mənbə məlumat verib.

Bildirilib ki, yanvarın 16-na keçən gecə saat 03:00 radələrində Naximov küçəsində naməlum şəxs "Mercedes” markalı avtomobilini qapısı açıq şəkildə idarə edib.

Bunu görən polis əməkdaşları sürücüyə dayanmasını əmr edib.

Lakin bunun əvəzinə kişi pnevmatik silahını çıxarıb və polisə tərəf dörd dəfə atəş açaraq onlara silahlı müqavimət göstərib.

Buna baxmayaraq, asayiş keşikçiləri onu saxalaya biliblər.

Məlum olub ki, şübhəli - Zəngilan rayonundan olan 1989-cu il təvəllüdlü Pərviz Rövşən oğlu Həzili əvvəllər narkotik maddə saxlamaq və hüquq mühafizəçilərə müqavimət göstərməkdə ittiham olunub.

Axtarış zamanı Xətai rayonu 35-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılan şəxsdən pnevmatik tapança və üç bıçaq aşkar edilərək müsadirə olunub. P.Həzilinin maşınında dörd ədəd ov tüfəngi patronu, 6.192 qram heroin və 515 qram marixuana tapılıb.

Cinayət törədildiyi vaxt P.Həzilinin narkotik maddələrin təsiri altında olduğu ehtimal edilir.

Şübhəlinin cinayətkar bir qrupun üzvü olması istisna edilmir. Hazırda saxlanılan şəxsin törədilən cinayətlərdə iştirakı ilə bağlı yoxlamalar aparılır.

Faktla əlaqədar istintaq davam edir.
Diaspora