Abşeronda ər-arvadın dəm qazından boğulması faktı ilə bağlı cinayət işi başlanıb.
APA-nın məlumatına görə, yanvarın 15-də saat 16 radələrində Saray qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində 1952-ci il təvəllüdlü Yusif Bəşirov və onun həyat yoldaşı 1955-ci il təvəllüdlü Solmaz İsmayılovanın hamam otağında meyitləri aşkar olunub. Faktla bağlı dərhal hadisə yerinə polis, prokurorluq işçiləri və eləcə də məhkəmə tibb ekspertinin iştirakı baxış keçirilib.Qeyd olunan şəxslərin ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə tibbi ekspertizası təyin olunub. O cümlədən digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.