Paytaxtda evdən içərisində pul və qızıl-zinət əşyaları olan seyfi oğurlayan şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qaziler.az-a bildiriblər ki, yanvarın 3-də Xəzər rayonu ərazisindəki evlərin birindən quldurluq yolu ilə içərisində 21 min ABŞ dolları və 6000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi aparmaqda şübhəli bilinən Ağdam rayon sakini İ.Məmmədov Bakı Şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb, onunla birlikdə olmuş daha üç nəfərin şəxsiyyətləri müəyyən edilib.Bakıda içində pul və qızıl olan seyf oğurlanıb

