Yolsuzluğun yaratdığı faciə - “Ford Transit” kanala düşdü

Yolsuzluğun yaratdığı faciə - “Ford Transit” kanala düşdü backend

Neftçala rayon Xolqarabucaq kəndində ağır yol-qəza hadisəsi baş verib.

Qaziler.az Konkret.az-a istinadən xəbər verir ki, sürücü Xudaverdi Allahverdiyevin idarə etdiyi və içərisində xeyli mal-qara olan “Ford Transit” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Çox sayda mal-qara tələf olub, sürücü və çobanlar xəsarət alıb. Qeyd edək ki, sözügedən avtomobil rayonda fəaliyyət göstərən “Okuklu Holding“ şirkətinin balansındadır.

Qaziler.az xəbər verir ki, tələf olan mai-qaranın sahibi “Okuklu Holding“ feysbuk sosial şəbəkəsində hadisə ilə bağlı bunları bildirib:
“Cana gelmesin mala gelsin.
Zamanın birinde müracaat ettik, dedik ki, hurmetli Azeryolun rehberligi izin veriniz hesabimizdan Cenap prezidentin ülkenin kent teserrufatının inkisafina yatırım emri ile istikametlendirdigimiz yatirimdan (fermamizdan yeni acilan) “İpek yolu“na yol cekelim.
Dediler ki, siz gelin bize pul verin, biz size başka km-lerce yeni yol cekek, siz ordan istifade edin.
Biz bele anladık ki, bu yol kentçi için değil, çünkü yeni yol zibillene biler.
Bizim de km-lerce yol çekmeye imkanımız yok. Dolayısı ile yeni yol cekemedik, olmeye mahkumuz.
Ölüm ve olum arasında ise çok böyük inkişaf fergi var“.

Neftçala rayon Xolqarabucaq kəndindən rayona gedən yol kanalın üstündən keçir və çox bərbad gündədi. İçərisində xeyli mal-qara olan və Okuklu Holding-ə məxsus “Ford Transit” markalı avtomobil məhz həmin kanalın üstündən keçən yoldan kanala düşüb, xeyli heyvan tələf olub, bir neçə nəfər yaralanıb.

Xatırladaq ki, bu kimi gələcəkdə də ola biləcək dəhşətli hadisələrin baş vermə səbəbi bu ərazidən İpək yoluna çıxmaq üçün 2 km yolun asfaltlanmamasıdır. Buna cavabdeh olan “Azəryolservis“ məsələni həll etməyə maraq göstərmir.

Bildiyimizə görə, sözügedən şirkət bu işi öz üzərinə götürməyə hazır olduğunu qeyd edib.

Qaziler.az


Diaspora