Saatlı rayon İcra Hakimiyyətinin (RİH) sabiq əməkdaşı həbs olunub.
Qaziler.az APA-ya istinadən xəbər verir ki, Saatlı RİH-də Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının müdafiəsi üzrə komissiyanın keçmiş əməkdaşı Ağayev Nəriman Mirhadı oğlu Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) maddəsi ilə təqsirli bilinir. Onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.Qeyd edilir ki, adı çəkilən şəxs vətəndaşların etibarından sui-istifadə edərək onları aldadıb, bir neçə nəfərdən dövlət hesabına fərdi yaşayış evlərinin tikilməsi məqsədi ilə külli miqdarda pul alıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.