Nazirlik Tərtərdə bıçaqlanan polis mayorunun durumu barədə məlumat yayıb

Nazirlik Tərtərdə bıçaqlanan polis mayorunun durumu barədə məlumat yayıb backend

Səhiyyə Nazirliyi Tərtər rayonunda bıçaqlanaraq xəsarət polis əməkdaşının durumu barədə məlumat yayıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, Tərtər rayonunda bıçaq xəsarətləri alaraq xəstəxanaya gətirilən polis əməkdaşına Tərtər Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Mərkəzi Rayon Xəstəxanasına göndərilib.

"Xəstəxanadan verilən məlumata görə qarın boşluğuna nüfuz edən bıçaq yaraları diaqnozu ilə xəstəxanaya çatdırılan yaralı, dərhal əməliyyat olunub. Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub. Hazırda reanimasiya şöbəsində müalicə alan yaralının vəziyyəti ağır stabil kimi qiymətləndirilir",- nazirlikdən bildirilib.

Qeyd edək ki, dekabrın 26-da saat 19 radələrində, Tərtər rayonunun Buruc kəndində 1973-cü il təvəllüdlü Seyhun Nəcəfov yaşadığı evdə sərxoş vəziyyətdə qardaşı Arif Nəcəfovla mübahisə edib. Məlumat əsasında hadisə yerinə Tərtər Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru Elçin Aslanov gəlib. S.Nəcəfov polis əməkdaşına 5 bıçaq zərbəsi vurub. E.Aslanov yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. S.Nəcəfov şübhəli şəxs qismində saxlanılıb.
Diaspora