Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Qurban Məhərrəmovun idarə etdiyi "KamAZ 5320" markalı yük avtomobili yolu keçmək istəyən 2010-cu il təvəllüdlü Əkbər Şirəliyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci(yol istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.