Bakının Nəsimi rayonunda, "3-cü mikrorayon bazarı"nın arxasındakı köhnə hamamda baş vermiş yanğın zamanı iki "QAZel" markalı yük avtomobili yanıb.
"Report xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov deyib.Onun sözlərinə görə, həmin maşınlar qismən yanıb.
"Yanğın ərazinin 300 kvadrat metrini əhatə edib. Hadisə yerinə 17 yanğınsöndürən maşın və əlavə qüvvələr də daxil olmaqla ümumilikdə 75 canlı heyət cəlb olunub. Yanğının səbəbləri araşdırılır", - deyə o bildirib.