Bakıda marşrut avtobusu qəzaya uğrayıb.
Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yanında 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 8:45 daxil olub.Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib. Hadisə nəticəsində 2-si azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Onlara lazım olan yardım göstərilib, müalicələri davam edir.