Səhər saat 07:59 da 3 saylı şəhər xəstəxanasına zəhərlənmə ehtimalı ilə gətirilən 21 və 22 yaşlı tələbə oğlanlara lazımı yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.
Səhiyyə Nazirliyindən APA-ya bildirilib ki, onların həyatları üçün təhlükə yoxdur.***
10.47
Nizami rayonu NZS qəsəbəsində iki nəfərin qidadan zəhərlənməsi ehtimalı barədə məlumat Azərbaycan Respublikasının Qida Təhlukəsizliyi Agentliyinə (AQTA) daxil olduqdan dərhal sonra Agentlik əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
AQTA-dan APA-ya bildirilib ki, ilkin məlumatda tələbələrin ev şəraitində hazırlanməş turşulardan istifadə etdiyi bildirilir. Hazırda müvafiq qurumlarla birgə hadisənin baş vermə səbəbləri, qida zəhərlənməsi olub olmaması istiqamətində araşdırma aparılır.
Araşdırmaların yekun nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək.
Qeyd edək ki, Nizami rayonu NZS qəsəbəsində 21 və 22 yaşlı tələbə oğlanlar qidadan zəhərlənib. Təcili Tibbi Yardım tərəfindən 3 saylı şəhər xəstəxanasına çatdırılan tələbələr kirayələdikləri evdə turşu yediklərini bildiriblər.
***
09.10
Nizami rayonu NZS qəsəbəsində iki nəfərin qidadan zəhərlənib.
Səhiyyə Nazirliyindən APA-ya bildirilib ki, bu barədə məlumat Təcili Tibbi Yardıma saat 07:59 da daxil olub.
Ünvana gedən həkimlər oradan zəhərlənmə ehtimalı ilə 21 və 22 yaşlı tələbə oğlanları götürüblər. 3 saylı şəhər xəstəxanasına çatdırılan tələbələr kirayələdikləri evdə turşu yediklərini bildiriblər. Onlara lazımı tibbi yardım göstərilib. Müalicələri davam edir.