Bakıda dəm qazından zəhərlənən tələbə qızlar xəstəxanadan evə buraxılıblar - YENİLƏNİB

Bakıda dəm qazından zəhərlənən tələbə qızlar xəstəxanadan evə buraxılıblar - YENİLƏNİB backend

Bakıda dəm qazından zəhərlənən tələbələr evə buraxılıblar.

Bu barədə APA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə dəm qazından zəhərlənmə ehtimalı ilə gətirilən Xəzər Universitetinin 6 tələbəsinə tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar.

***

08:13

Xəzər Universitetinin 6 tələbəsi zəhərlənib.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, tələbələr Təcili Tibbi yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriblər.

Onların dəm qazından zəhərlənməsi ehtimal edilir.

Qeyd edək ki, Təcili Tibbi yardıma çağırış saat 04:47-də olub. Tələbə qızların dediyinə görə, hadisə kirayədə qaldıqları Qara Qarayev pr. 76, mənzil 28 ünvanında baş verib.

Həkimlər tələbə qızların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Onlara lazımi tibbi yardım göstərilib. Hazırda müalicələri davam edir.
Diaspora