İranda zəlzələ zamanı azı 5 nəfər ölüb, 120 nəfər xəsarət alıb

İranda zəlzələ zamanı azı 5 nəfər ölüb, 120 nəfər xəsarət alıb backend

İranda baş verən zəlzələ zamanı ölənlərin sayı artıb.

"Report"un məlumatına görə, bu barədə barədə yerli "Press" TV xəbər verib.

Bildirilir ki, Şərqi Azərbaycan əyalətində baş verən zəlzələdə azı 5 nəfər həlak olub.

Zəlzələ zamanı 120 nəfər xəsarət alıb.

Qeyd edək ki, zəlzələnin episentri Təbriz şəhərindən 156 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 62 kiometr dərinlikdə olub.

***06:40

İranın Şərqi Azərbaycan əyalətində baş verən zəlzələdə azı 4 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə yerli "Press" TV məlumat yayıb.

Məlumata görə, zəlzələ zamanı 70 nəfər xəsarət alıb.

Zəlzələnin episentri Təbriz şəhərindən 156 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 62 kiometr dərinlikdə olub.

***05:58

İranın Şərqi Azərbaycan əyalətində baş verən zəlzələdə azı 3 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə yerli "Press" TV məlumat yayıb.

Qeyd edilir ki, təbii hadisə zamanı daha 20 nəfər xəsarət alıb.

Zəlzələnin episentri Təbriz şəhərindən 156 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 62 kiometr dərinlikdə olub.

Qeyd edək ki, zəlzələ Azərbaycanın İranla sərhəd rayonlarında da hiss edilib.

***04:00

İranın şimal-şərqində zəlzələ olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, yeraltı təkanlar 5,9 maqnitudada qeydə alınıb.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, yeraltı təkanların episentri Təbrizdən 156 kilometr (Şərqi Azərbaycan əyaləti) məsafədə yerləşib. Zəlzələ ocağı 62 kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar haqqında bildirilmir.

Qeyd edək ki, Azərbaycanın Lənkəran rayonunda da zəlzələ qeydə alınıb.
Diaspora