Xızı rayonunda ağır yol qəzası baş verib.
Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.Belə ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xızı rayonu ərazisində “Mercedes” və “Lada” markalı minik avtomobilləri toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 4 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
"Report"un məlumatına görə, qəzada ölənlərdən ikisinin şəxsiyyəti məlum olub. Bunlar - 1979-cu il təvəllüdlü Quliyev Səbuhi Çingiz oğlu və onun həmyaşıdı İsmayılov Hüseyn Səfərəli oğludur. Qəza zamanı həmçinin Xaçmaz rayon Qarabağlı kənd sakini, 1958-ci il təvəllüdlü Mehriban Vəliyeva və nəvəsi Sevgi Vəliyeva xəsarət alıblar. Yaralılar Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.