Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, qəza Yeni Ramana yolunda qeydə alınıb.Hadisə yerinə bir neçə təcili yardım briqadası yollanıb. 6 qadın Təcili Tibbi Yardım avtomobili, 1 nəfər isə şəxsi avtomobillə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Vəziyyətləri orta ağır kimi qiymətləndirilir.