Bakıda bədbəxt hadisə baş verib.
APA-nın məlumatına görə, Sabunçu rayonunda yerləşən "Təmiz şəhər" ASC-nin Balaxanı məişət tullantıları poliqonundan çalışan İnci Cəfərovanın üzərinə qapı düşüb.Yaralı dərhal Klinik Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.