Ermənilərin açdığı atəş nəticəsində həlak olan mülki şəxs dəfn olunub

Ermənilərin açdığı atəş nəticəsində həlak olan mülki şəxs dəfn olunub backend

Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yolla­rı­nın salınması ilə məş­ğul olan eksko­vato­run Ermənistan silahlı qüvvələri tərə­findən atə­şə tutulması nə­­ti­cəsin­də həlak olan ekskovatorun sürücüsü, mülki şəxs, 1958-ci il təvəllüdlü Abı­şov Səfərəli Ələkbər oğlu Masallı rayonunda dəfn olunub.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, o, bu gün doğulduğu Əmirtürbə kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində rayon rəhbərliyi, Dövlət Sərhəd Xidməti rəisinin müavini - Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov, ictimaiyyət nümayəndələri iştirak edib.

Mərasimdə bildirilib ki, Səfərəli Abışov bu ilin aprel ayında sərhəd-döyüş məntəqələrində tikinti-inşaat işlərinin görülməsində fərqləndiyinə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib. O, düşmənlə təmas xəttinə yaxın ərazilərdəki mövqelərimizdə təminat yollarının salınması ilə məşğul olub. Sadə peşə sahibi, ekskavatorçu olan S.Alışov iş başında olarkən onun ekskavatoru dəfələrlə düşmən atəşinə tutulub. Lakin o, cəsarətlə işini davam etdirib.

Qeyd edək ki, S.Abışov oktyabrın 2-də saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan zaman düşmən onun eksko­vato­runu atəşə tutub. Nəticədə o, aldığı güllə yarasından həlak olub.
Diaspora