Azərbaycanda keçmiş polis rəisi vəfat edib.
"Report"a istinadən xəbər verir ki, Sabunçu və Suraxanı Rayon Polis İdarəsinin (RİP) rəisi vəzifələrində çalışmış Etibar Qazıbəyov dünyasını dəyişib.1951-ci ildə Naxçıvan şəhərində anadan olan E.Qazıbəyov 1974-cü ildən Azərbaycanın daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
O, Sabunçu və Suraxanı RİP-nin rəisi, son illərdə isə "Azərpoçt" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsi rəisinin birinci müavini vəzifəsində çalışıb. 2017-ci ildə isə MMC-dən ayrılıb.
E.Qazıbəyov "Əməkdar sərhədçisi” və "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Allah rəhmət eləsin!