Goranboy rayonunun Balakürd kəndində bir nəfərin ölümü ilə nəticələnən qəzada minik avtomabili idarəetməni itirərək yolun kənarındakı diametri 219 mm olan orta təziqli qaz kəmərinə çırpılıb.
“Azəriqaz” İB-dən Qaziler.az-a verilən məlumata görə, qaz kəməri iki yerdən qırılıb və 3 yaşayış məntəqəsində mindən çox abonentin qaz təminatı dayandırılıb. Səhər saatlarında qazın verilişi üçün bərpa işləri aparılacaq.Ölümlə nəticələnən yol qəzasında avtomobil qaz kəmərinə çırpılıb

