İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun Əliqulular kəndindən keçən hissəsində baş verib.Qəza zamanı "Opel" markalı minik avtomobili yoldan çıxaraq su kanalına düşüb.
Hadisə nəticəsində avtomobildə olan 5 nəfərin öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.