Generalın qohumunu məmur oğlu öldürüb? – Sabiq deputat

Generalın qohumunu məmur oğlu öldürüb? – Sabiq deputat backend

Avqustun 31-də paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qaynının oğlu 35 yaşlı Fərid Məmmədzadənin öldürülməsi ilə bağlı yeni fakt ortaya çıxıb.

Axar.az az xəbər verir ki, “Hürriyyət” qətli törədən şəxslərdən biri və hazırda şübhəli qismində saxlanılan C.Cavadlının Ağsunun keçmiş deputatı Ərəstun Cavadovun Niyazi adlı qardaşının övladı olduğunu yazıb. Qəzet eyni zamanda Niyazi Cavadovun Ərəbmehdibəyli kəndinin bələdiyyə sədri olduğunu qeyd edib.

Sabiq millət vəkili, Mərkəzin Univermağın rəhbəri Ərəstun Cavadov Axar.az-a açıqlamasında məlumatı təkzib etməyib. Belə ki, o, hadisədən xəbərsiz olduğunu bildirib:

“Bakıda deyildim, yeni qayıtmışam, heç nədən xəbərim yoxdur”.

Qeyd edək ki, hadisə maşına yol verməmək üstündə baş verib.

Məlumata görə, H.Babaverdiyev avtomobil ilə H.Zərdabi küçəsində hərəkətdə olarkən qarşısında gedən maşının sürücüsü F.Məmmədovdan ona yol verməsini istəyib. Bunun üstündə tərəflər arasında mübahisə düşüb və nəticədə H.Babaverdiyev F.Məmmədzadəni bıçaqlayıb. Şübhəli bilinən Bakı şəhər sakini H.Babaverdiyevlə yanaşı, C.Cavadlı və R.Bünyatzadənin də saxlanıldığı bildirilir.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Diaspora