Şəkidə toyda kütləvi zəhərlənmə olub.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, rayonun Çeşməli kəndində eyni toyda iştirak edən 21 nəfər, toy mərasimindən sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.Müraciət edənləri müayinə edən həkimlər onlarda disbakterioz aşkarlayıblar.
Xəstələrə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.
Qeyd edək ki, bağırsaq disbakteriozu – bağırsaqda “yaxşı” mikroorqanizmlərin sayının kəskin şəkildə azalması və “pis” mikroorqanizmlərin sayının isə xeyli dərəcədə artması zamanı yaranan haldır.