Avtomobil qəzası iki kəndi qazsız qoyub

Avtomobil qəzası iki kəndi qazsız qoyub backend

Bu gün gecə saatlarında Xaçmaz rayonunun Nabran kəndində avtomobil qəzası zamanı Seyidli və Xuray kəndlərini qidalandıran tənzimləyici şkaf zədələnib.

Bu barədə Qaziler.az-a "Azəriqaz” İB-dən bildirilib.

Verilən məlumata görə, nəticədə hər iki kəndin 180 abonenti qazsız qalıb. Qəzanı törədən avtomobil başqa kəndin ərazisində tapılıb.

Hazırda ərazidə qaz təchizatının bərpası işləri görülür.
Diaspora