Qarakənd faciəsində həyatını itirmiş tele-jurnalist Alı Mustafayevin ailəsində xoş gündür.
Qaziler.az moderator.az-a istinadən xəbər verir ki, sabah Bakıda yerləşən şadlıq saraylarının birində mərhum jurnalistin kiçik oğlu Özalın toyudur.O, qardaş ölkə Türkiyədən seçib sevdiyi xanımla ailə həyatı qurur. Qız toyu bu ayın 15-də Türkiyədə olub.
Alı Mustafayevin ailəsini, həyat yoldaşı Lalə xanımı şad günləri münasibətilə təbrik edirik. İzdivac quran gənclərə xoşbəxtlik, səadət arzulayırıq.