Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovnik Əlaslan Ağayevin oğlu bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
"Report"un məlumatına görə, Ə.Ağayevin oğlu 1991-ci il təvəllüdlü Orxan Ağayev Nərimanov rayonunda yaşadığı evin pəncərəsindən düşərək faciəli şəkildə ölüb.Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.