Ötən gün Gəncədə bədbəxt hadisə nəticəsində öldüyü bildirilən 9 yaşlı uşaq ayılıb.
BAKU.WS xəbər verir ki, Gəncədə ticarət mərkəzlərindən birində halı pisləşən 2010-cu il təvəllüdlü Əli Qədir oğlu Rüstəmzadə xəstəxanaya aparılıb.Lakin həkimlər uşağın öldüyünü bildiriblər. Onun aparatda ürəyinin dayandığı qeyd edilib. Uşaq polisdə də öldü kimi qeydiyyata düşüb.
Bir neçə saat sonra uşağın hərəkət etdiyini görən həkimlər şoka düşüblər. Hazırda Əli Rüstəmzadənin vəziyyəti orta-ağırdır.