Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həyətində həkimlərin xəstə oğluna göstərdiyi etinasızlığa görə özünü yandıran İmamverdi İsmayılov dünyasını dəyişib.
Xatırladaq ki, İki gün əvvəl, gecə saat 23 radələrində Mingəçevir Mərkəzi Xəstəxanasının qarşısında etraz məqsədi ilə özünü yandıran İmamverdi İsmayılov yerləşdirldiyi Mingəçevir Mərkəzi Xəstəxanasında vəfat edib.Qıcolma xəstəsi olan övladını xəstəxanaya gətirən ata - İmamverdi İsmayılov uşağın durumundan keçirdiyi narahatlığın psixoloji təsiri altında intihara cəhd etmişdi. O, gözlənilmədən üzərinə benzin tökərək özünü yandırmışdı. Ətrafdakıların köməyi ilə söndürülən İ. İsmayılov çoxsaylı yanıq xəsarətləri ilə dərhal xəstəxanaya yerləşdirilmişdi.
Qaziler.az bildirir ki, İmamverdi İsmayılov müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarında xidmətdə olub. O, 2016-cı il Aprel döyüşlərində iştirak edib. Aprel hadisələrindən bir il sonra - 2017-ci ildə müqavilə müddəti bitdiyinə görə ordu sıralarından təxris olunub.