DOST mərkəzinin avtomatlaşdırılmış xidmətlər sistemi mükafata layiq görülüb

DOST mərkəzinin avtomatlaşdırılmış xidmətlər sistemi  mükafata layiq görülüb backend

NETTY 2019 Milli İnternet Mükafatının təltif olunma mərasimi keçirilib. Tədbirdə ölkəmizin ən böyük İT şirkətləri, mükafata nominantlar, KİV nümayəndələri və çoxsaylı qonaqlar iştirak ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a Bildirilib ki, cari ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən müsabiqədə ən yaxşı veb-saytlar, sosial şəbəkə səhifələri, tətbiqetmələr və layihələr iştirak edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST Agentliyinin ilk DOST mərkəzində sosial təminat üzrə avtomatlaşdırılmış xidmətlər sistemi müsabiqədə “İlin İT hadisəsi” nominasiyasının qalibi olub.

Tədbirdə mükafat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron xidmətlər və innovasiyalar şöbəsinin sektor müdiri Orxan Salahova təqdim edilib.
NETTY mükafatı 2004-cü ildə təsis olunub. Bu, Ümumdünya Şəbəkəsinin milli seqmentinin inkişafına və ümumilikdə İT bazarına dəstək üçün yaradılmış informasiya texnologiyaları sahəsində ilk peşəkar mükafatdır. Hər il dövlət, iqtisadiyyat və biznes, təhsil və elm, mədəniyyət və yaradıcılıq, informasiya və xəbərlər və s. nominasiyalarda qaliblər müəyyən edilərək mükafatlandırılır.
Diaspora