Bakıda baş verən ağır qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb.
Suraxanı rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.***
Saat 05:04
Bakının Suraxanı rayonunda yeznəsini öldürən şəxsin kimliyi müəyyənləşib.
APA xəbər verir ki, hadisəni törədən Ələsov Müşfiq Etibar oğlu Suraxanı Rayon Polis İdarsinin əməkdaşları tərəfindən saxlanılıb.
****
22:50
Bakının Suraxanı rayonunda yeznəsini bıçaqla qətlə yetirən və bacısını ağır yaralayan şəxs hadisə yerindən qaçıb.
APA xəbər verir ki, o, Suraxanı Rayon Polis İdarəsi tərəfindən axtarışa verilib.
Məlumata görə, 1991-ci il təvəllüdlü Ələsova Zülfiyyə Etibar qızı cinayət törədən ərindən boşanıbmış.
****
22:30
Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.
APA xəbər verir ki, ilkin məlumata görə, rayonun Yeni Suraxanı qəsəbəsində 1996-cı il təvəllüdlü İsmayılov İbrahim Etibar oğlu qaynı tərəfindən bıçaqlanaraq qətlə yetirilib. O, ürəyindən iki bıçaq zərbəsi alıb və yerindəcə keçinib.
Hadisəni törədən şəxs daha sonra bacısı, 1991-ci il təvəllüdlü Ələsova Zülfiyyə Etibar qızına bir neçə bıçaq zərbəsi vurub. Yaralı qadın ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.