Oqtay Şirəliyevin məhkəməyə verdiyi jurnalistin anası öldü

Oqtay Şirəliyevin məhkəməyə verdiyi jurnalistin anası öldü backend

Səhiyyə Nazirliyinin qarşısında soyunaraq etiraz edən jurnalist Teymur Kərimovun anası bu gün vəfat edib.

Modern.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında bildirib ki, anası axşam saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, T. Kərimovun anası xərçəng xəstəliyindən əziyyət çəkirdi. Jurnalist səhiyyədə olan rüşvətxorluğa etiraz olaraq nazirliyin binası qarşısında paltarlarını soyunaraq satışa çıxarmışdı. O, satışdan əldə edəcəyi pulu həkimlərə verəcəyini bildirirdi.

Buna görə də nazirlik jurnalisti məhkəməyə vermişdi. Bu gün məhkəmənin hazırlıq iclası keçirilib və proses iyunun 10-da davam etdiriləcək.
Diaspora