Bakıda silahlı insident olub.
APA-nın məlumatına görə, hadisə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində baş verib.Belə ki, naməlum şəxslər Azadlıq prospekti ilə hərəkətdə olan “Mercedes” markalı avtomobilə tapançadan atəş açıb. Nəticədə avtomobildə olan bir nəfər hadisə yerində keçinib. İlkin məlumata görə, onun kriminal avtoritet olduğu deyilir.
Bundan bir qədər sonra YPX əməkdaşları hadisədə şübhəli bilinən 10-GD-021 qeydiyyat nişanlı “BMW X5” markalı avtomobili saxlayıb. Avtomobildə iki nəfər olub. Onlardan biri Hüseynov Səxavət Oruc oğludur.
Qeyd edək ki, 10-VT-117 qeydiyyat nişanlı “BMW 745” markalı daha bir avtomobil də axtarışa verilib. Bu barədə paytaxt ərazisində bütün polis əməkdaşlarına məlumat verilib.
İnsidentin digər təfərrüatları dəqiqləşdirilir.