Bakının Xəzər rayonundakı "Zagulba Mall" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar hadisə yerinə 7 təcili tibbi yardım briqadası cəlb edilib.
Səhiyyə Nazirliyindən ONA-ya verilən məlumata görə, 4 nəfər hospitalizasiya edilib.3 nəfər - iki qadın və bir kişi Toksikologiya şöbəsinə, digər bir qadın isə qıcolma əlaməti ilə 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. Bir neçə nəfərə isə yerində tibbi yardım göstərilib.
***
Saat 20:26
Bakının Xəzər rayonunda yanğın baş verib.
ONA-nın xəbərinə görə, hadisə Zaqulba qəsəbəsində yerləşən "Zagulba Mall" ticarət mərkəzində qeydə alınıb.
Bildirilir ki, yanğın ticarət mərkəzinin zirzəmisindəki tikiş sexindən başlayıb. Hazırda da yanğın davam edir.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub, yanğının genişlənməsinin qarşısının alınması istiqamətində işlər görülür.
Ehtimal olunur ki, yanğın qısaqapanmadan qaynaqlanıb.