Türkiyə Konstitusiya Məhkəməsinin sədri Əhməd bəy Ağaoğlundan sitat gətirdi

Türkiyə Konstitusiya Məhkəməsinin sədri Əhməd bəy Ağaoğlundan sitat gətirdi backend

Türkiyə Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan Konstitusiya Məhkəməsinin 57-ci ildönümndə Prezident R.T.Ərdoğanın iştirak etdiyi toplantıda çıxış edərkən

Hakimiyyətin bölgüsü prinsiplərindən danışarkən türk hüquq məktəbinin yaradıcılarından olan Əhməd bəy Ağaoğlunun elmi-nəzəri fikirlərindən sitat gətirmişdir.

Bu barədə Türkiyə mətbuatına istinadən hüquqşünas Səməd Vəkilov məlumat verib. S.Vəkilov bildirib ki, türk dünyasının böyük şəxsiyyəti, Sarbon Universitetinin hüquq fakultəsinin məzunu, professor Əhməd bəy Ağaoğlu Türkiyyə Cümhuriyyətinin hüquq məktəbinin əsas yaradıcılarından biridir. O, Ankara hüquq məktəbinin yaradılmasında müstəsna rol oynamışdır.

Həmçinin Əhməd bəy Ağaoğlu həmçinin Ankara hüquq məktəbində hüquq professoru kimi dərs demişdir.Həmçinin Əhməd bəy Ağaoğlu Türkiyə Cümhuriyyətinin ilk Konstitusiyasının qəbul edilməsində yaxından iştirak edib.
Diaspora