Göygöldə baş verən yol qəzasında 8 nəfər ölüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın ONA-ya verdiyi məlumata görə, ölənlərdən 3-ü kişi, 3-ü qadın, 2-si isə uşaqdır.O qeyd edib ki, 1 nəfər qadın isə Gəncə şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib, onun vəziyyəti ağırdır.