Yevlaxda qəzaya düşən cüdoçular evə buraxılıb.
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, avtoqəza nəticəsində xəsarət alan yaralıların vəziyyəti hazırda qənaətbəxşdir.Xəstəxanadan bildirilib ki, İlyas İlyaslı, Təranə Paşayeva və Polad Niyazlının müalicəsi ev şəraitində davam etdiriləcək.
Saat 23:45
Yevlaxda baş vermiş yol qəzasında idmançılar xəsarət alıb. Hadisə zamanı "MAN" markalı yük maşını və "Mercedes" markalı mikroavtobus toqquşub.
ONA-ın Mingəçevir bürosunun məlumatına görə, Bakı-Qazax magistral yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində baş vermiş avtoqəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alan 1991-ci il təvəllüdlü İlyaslı İlyas Ramiz oğlu, 1963-cü il təvəllüdlü Təranə Paşayeva və 2006-cı il təvəllüdlü Polad Niyazlı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, mikroavtobusda xəsarət alanlar Bakıya yarışa gedən cüdoçu Gəncə sakinləridir.
Faktla bağlı araşdırma aparılır.