Rusiyada atışmada bir azərbaycanlı sahibkar öldürülüb, digəri yaralanıb

Rusiyada atışmada bir azərbaycanlı sahibkar öldürülüb, digəri yaralanıb backend

Ötən gecə Moskvada yolda 1 nəfərin ölümü, 1 nəfərin yaralanmasına səbəb olan atışmanın təfərrüatları məlum olub.

ONA-nın “mk.ru” saytına istinadən verdiyi məlumata görə, atışmada ölən və yaralananların azərbaycanlı sahibkarlar olduğu üzə çıxıb.

Hadisənin səbəbi bir həftə əvvəl Rəsul və Aqil adlı azərbaycanlı iki sahibkarın digər azərbaycanlı sahibkara 300 min rubl ödəyərək 15 ton kartof alması olub. Ancaq maşına yüklənmiş kisələr boşaldılan zaman kartofların dondurulduğu və temperaturun artması ilə çürüməyə başladığı məlum olub. Kartof kisələrini maşına yükləyərək geri qaytaran sahibkarlar həmyerlilərindən ödədikləri pulu geri tələb ediblər.

Tərəflər pulun qaytarılması üçün aprelin 14-də gecə İzmaylovo qəsəbəsində görüş təyin ediblər. Ancaq pulu qaytarmaq niyyətində olmayan sahibkarla mübahisə başlayıb, sonra da atışma olub. Nəticədə aldadılmış sahibkarlardan 32 yaşlı Rəsul qarnından, onun tərəfdaşı Aqil isə başından yara alıb. Yaralanan sahibkarlar avtomobillə xəstəxanaya getməyə qərar veriblər. Avtomobili idarə edən Aqil “Don” magistralında Rəsulun artıq nəfəs almadığını görüb. O, Lipetsk küçəsində avtomobili saxlayıb və təcili tibbi yardım xidmətinə zəng açıb. Ancaq həkimlər gələn zaman artıq yaralının qanaxmadan öldüyünün şahidi olublar. Aqil isə xəstəxanaya yerləşdirilib.

İki və daha artıq şəxsin qətlə yetirilməsi, qanunsuz odlu silah əldə etmə maddələri ilə cinayət işi açılıb. Hazırda azərbaycanlı sahibkarları güllələyən digər azərbaycanlı sahibkar axtarılır.

***

saat 13.39

Rusiyanın Moskva vilayətində yolda atışma olub.

ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, naməlum şəxs mübahisə zəminində naməlum şəxs iki nəfərə atəş açıb.

Nəticədə 32 yaşlı xarici ölkə vətəndaşı ölüb, onun tanışı olan 36 yaşlı şəxs başından yaralanıbb və xəstəxanaya yerləşdirilib.

İstintaqın əldə etdiyi ilkin məlumata görə, İzmaylovo qəsəbəsi yaxınlığında yolda iki qrup arasında keyfiyyətsiz mala görə ödənilən pulun geri qaytarılması ilə bağlı mübahisə olub. Bu zaman qrupların birindəki naməlum şəxs qarşı tərəfi atəşə tutub.
Diaspora