Bu gün yerli vaxtla saat 12:27-də Zaqatala stansiyasından 43 km şimalda Gürcüstan ərazisində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən ONA-ya verilən məlumata görə, zəlzələnin ocağı 15 km dərinlikdə yerləşib.Zəlzələ ətraf rayonlarda 3 bala qədər hiss olunub.
***
saat 12.36
Bu gün Zaqatalada zəlzələ olub.
ONA-nın yerli bürosunun məlumatına görə, saat 12.29 radələrində 3 bal gücündə yeraltı təkan hiss edilib.
Dağıntı və tələfat yoxdur.