Anar Nağılbazın qəbrini su basdı

Anar Nağılbazın qəbrini su basdı backend

“Bu gün çox təəssüf ki, Anarın məzarını ziyarət edə bilməyəcəm. Çünki güclü yağışlardan sonra məzarı su basıb. Bu da məzarın bərbad hala düşməsinə rəvac verib. Hazırda məzarın bərpası üçün işlər aparılır. Bizə iki gün ərzində işlərin bitəcəyi ilə bağlı söz verilib. Bundan onra uşaqlarla birgə məzarını ziyarət edəcəyik”.

Bu sözləri news24.az-a mərhum reperin xanımı Anjelika Cəbiyeva qeyd edib. O, doğum günündə reperin məzarını ziyarət edə bilməcəyini söyləyib. Anjelika Cəbiyeva maddi çətinliklərdindən də söz açıb:

“Hazırda uşaqlarıma Anarın valideynləri köməklik edirlər. Ancaq əsas problem ev ilə bağlıdır. Çünki illərdir kirayədə yaşayıram”.

Qeyd edək ki, Anar Nağılbaz uzun sürən xəstəlikdən sonra ötən ilin avqust ayında 44 yaşında dünyasını dəyişib.
Diaspora