Ukraynanın Odessa şəhərində yaşayan həmyerlimiz, boks üzrə dünya çempionu Ramil Hacıyevin qardaşı Şamil Hacıyev və onun qadın sərnişini avtomobil qəzasında ölüblər.
ONA “uaportal” saytına istinadən xəbər verir ki, hadisə gecə saatlarında Odessanın mərkəzi yollarından birində baş verib.Sükan arxasında əyləşən 22 yaşlı Şamil Hacıyev digər 2 avtomobillə yarışarkən idarəetməni itirib və avtomobili işıq dirəyinə çırpılıb. Qəza zamanı Ş.Hacıyevin idarə etdiyi “BMW X - 6” markalı avtomobil hissələrə ayrılıb və yanğın baş verib. Ş.Hacıyev və onun 33 yaşlı sərnişini Viktoriya Kravçenko xəstəxanaya aparılan zaman yolda vəfat ediblər.
Qeyd edək ki, Ş. Hacıyev biznesmen Qəzənfər Hacıyevin oğludur. Viktoriya Kravçenkonun da atasının Odessada tanınmış biznesmen olduğu bildirilir.
Qəza ilə bağlı Odessa prokurorluğunda digər sürücülər barədə cinayət işi açılıb.