"8-ci kilometr bazarı"nın önündə 40 nömrəli, 10 TG 826 dövlət nömrə nişanlı marşrut avtobusu zəncirvari qəza törədib.
Hadisə şahidlərinin Axar.az-a verdiyi məlumata görə, yüksək sürətlə idarə olunan avtobus idarəetmədən çıxıb və piyada keçidində dayanan VAZ-21O7, “Nissan” və BMV markalı avtomobillərə çırpılıb, daha sonra digər avtomobilin üstündən keçib. Nəticədə 4 maşına ciddi ziyan dəyib, yaralananlar var.Hadisə yerinə təcili yardım və xilasetmə maşınları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.


