Astarada 4 uşaq anası su quyusuna düşərək boğulub

Astarada 4 uşaq anası su quyusuna düşərək boğulub backend

Astarada qadın su quyusuna düşərək boğulub.

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Artupa kənd sakini, 1984-cü il təvəllüdlü Kazımova Xəyalə Ədalət qızı yaşadığı evin yaxınlığındakı su quyusuna düşərək boğulub. Dörd uşaq anası olan X.Kazımovanın ehtiyatsızlıqdan su quyusuna yıxıldığı ehtimal olunur.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.