Bərdədə dəhşətli qətl hadisəsi baş verib.
ONA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kətəlparaq kəndində baş verib.Ər arvadı 27 yaşlı Qurbanova Nəvatı baltalayıb. Daha sonra qayınanası Qarayeva Rahiləyə bir neçə balta zərbəsi endirib və ona məxsus evi yandırıb. R. Qarayeva ağır yanıq xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb.
Məlumata görə ər 6 yaşlı qızı Qurbanova Fatiməni götürərək qaçıb.
Qeyd edək ki, N. Qurbanova 1 ilə yaxındır ki, anasının evində yaşayırmış. N. Qurbanova əri ilə boşanmaq istəyib.
Faktla bağlı araşdırma aparılır.