Sumqayıtda avtobus qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ: (ADLAR)

Sumqayıtda avtobus qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ: (ADLAR) backend

Sumqayıtda marşrut avtobusunun minik avtobusu ilə toqquşması nəticəsində xəsarət alanlardan 19 nəfəri Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında stasionar müalicə alır.

Bu barədə Trend-ə açıqlamasında xəstəxananın baş həkimi Rauf Sadıqov deyib.

Baş həkim bildirib ki, xəstəxanada müalicə olunanlardan 6 nəfər reanimasiya şöbəsində, 13 nəfər isə palata şəraitində müalicə olunur: "Reanimasiyaya yerləşdirilən 6 xəstənin vəziyyəti orta ağırdır, həyati təhlükə gözlənilmir. Bu gün həmin xəstələr də palataya köçürüləcək. Palata şəraitində müalicə olunanlardan 5 nəfər bu gün ambulator müalicəyə buraxılacaq".

Belə ki, 1971-ci il təvəllüdlü Kərimova Yeganə Sabir qızı, 1960-cı il təvəllüdlü Həsənova Mahirə Mürsəl qızı, 1978-ci il təvəllüdlü Məmmədova Gülnarə Fərman qızı, 1996-cı il təvəllüdlü İsmayılov Ceyhun Əlməmməd oğlu, 1990-cı il təvəllüdlü Abdullayev Ağamur Çingiz oğlu, 1972-ci il təvəllüdlü Cəbiyeva Ülkər Ağaməmməd qızı, 1966-ci il təvəllüdlü Kətanova Zülfiyyə Əhəd qızı, 1975-ci il təvəllüdlü Mikayılova Sahibə Xudaşirin qızı, 1968-ci il təvəllüdlü Mikayılova Validə Ağaqulu qızı, 1954-cü il təvəllüdlü Əliyeva Svetlana Həzi qızı, 2003-cü il təvəllüdlü Paşayev Vüqar Allahverdi oğlu, 1996-cı il təvəllüdlü Sadıqova İlkamə İlqar qızı və 2006-cı il təvəllüdlü Süleymanov İbrahim Rahib oğlu xəstəxananın travmatologiya və neyrocərrahiyyə şöbələrinə yerləşdirilib.

Hadisə nəticəsində xəsarət alan 1987-ci il təvəllüdlü Rüstəmova Gülnar Nadir qızı, 1964-cü il təvəllüdlü Sadıqova Təranə Cəlal qızı, 1954-cü il təvəllüdlü Tahirov Nuhbala Bəybala oğlu, 1986-cı il təvəllüdlü Nəbiyeva Aynurə Əlağa qızı, 1988-ci il təvəllüdlü Bağırov Emil Hüseyn oğlu və 2002-ci il təvəllüdlü Nəcəfova Nisə Şəmsəddin qızı isə reanimasiya şöbəsində müalicəsini davam etdirirlər.

Xatırladaq ki, fevralın 21-də hadisə Sumqayıt şəhəri Sülh küçəsində baş verib.

Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı avtobus minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində avtobus yaxınlıqdakı mağazaya çırpılıb.

Hadisə nəticəsində 31 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilirb.
Diaspora